AZ

SEPAH Hörmüzü minaladığını etiraf etdi

İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyi planlaşdıran bütün gəmilərin minalarla toqquşma riskindən qaçmaq üçün Tehranın təklif etdiyi iki alternativ marşrutu izləməli olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, müvafiq göstərişlə SEPAH çıxış edib:

"Fars körfəzində və Hörmüz boğazında hərbi vəziyyət və dənizdə müxtəlif gəmi əleyhinə minaların aşkarlanması ehtimalı səbəbindən, boğazdan keçmək niyyətində olan bütün gəmilərdən Hörmüz boğazında SEPAH Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirilərək, sonrakı xəbərdarlığa qədər alternativ marşrutlardan istifadə etmələri tələb olunur".

Açıqlamada qeyd olunur ki, bu qərar "dəniz təhlükəsizliyi prinsiplərinə riayət etmək və dəniz minaları ilə mümkün toqquşmalardan qorunmaq üçün" verilib.

SEPAH Fars körfəzindən Hörmüz boğazından və geriyə iki alternativ marşrut təqdim edir. Hər ikisi Larak adasının sularından keçir.

Qeyd edək ki, bu açıqlama İranın Hörmüz boğazını minalamasından xəbər verir. Münaqişə müddətində bir neçə dəfə bu barədə xəbərlər yayılsa da, Tehrandan hər hansı açıqlama verilməmişdi.

Musavat.com

Seçilən
46
musavat.com

1Mənbələr