AZ

Everest zirvəsinə çıxan ilk amerikalı alpinist Cim Uittaker vəfat edib

Everest zirvəsinə çıxan ilk amerikalı alpinist Cim Uittaker 97 yaşında vəfat edib.

"Far.Az"un "Associated Press" agentliyinə istinadən məlumatına görə, alpinist aprelin 7-də Vaşinqton ştatının Port-Taunsend şəhərindəki evində dünyasını dəyişib.

Uittaker Everestə yürüşü 1963-cü ildə həyata keçirib. Bu hadisə ABŞ-də idmanın bu növünə marağın yenidən canlanmasına kömək edib və onu qısa müddətdə məşhurlaşdırıb.

Qeyd edək ki, alpinist bir çox digər yürüşlərə, o cümlədən 1990-cı ildə Everestə təşkil olunan beynəlxalq ekspedisiyaya rəhbərlik edib.

Seçilən
32
far.az

1Mənbələr