AZ

Fənərbağça nın keçmiş ulduzu TANINMAZ HALDA FOTOlar

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Vaxtilə "Fənərbağça"nın ulduz futbolçularından biri olan Mateya Kejman bu dəfə futbolu ilə deyil, görünüşündəki böyük dəyişikliklə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, onun son halı müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan son görüntülər azarkeşləri təəccübləndirib. Bir zamanlar meydanlarda hücumçu kimi tanınan sabiq futbolçunun indiki görünüşü xeyli fərqlidir.

Onun uzun saqqal saxlaması, saçlarının ağarması və imicindəki dəyişikliklər diqqətdən qaçmayıb. Paylaşılan fotolar qısa müddətdə viral olub.

İstifadəçilər arasında "tanınmaz hala düşüb", "illər onu çox dəyişib" kimi rəylər üstünlük təşkil edir. Bəzi azarkeşlər isə onun yeni görünüşünü maraqlı və fərqli hesab etdiklərini bildiriblər.

Qeyd edək ki, Kejman  karyerası ərzində "Çelsi", " PSV" və "Paris Saint-Germain" kimi tanınmış klublarda da çıxış edib. 

Tural

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
news.milli.az

2Mənbələr