AZ

Təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılıb

Təhsil Tələbə Krediti Fondu tərəfindən hazırkı dövrədək 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilmiş və ümumilikdə təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılıb.

BU barədə "Far.Az"a TKTF-dan məlumat verilib.

Bildirilib ki, təhsil tələbə kreditindən yararlananların 63 faizi qadınlardır.

Dövlətimizin yaratdığı bu imkanlar tələbələrimizin arzuladıqları ixtisası seçmələrinə və yüksək akademik göstəricilər əldə edərək müvafiq güzəştlərdən yararlanmalarına dəstək olub.

Seçilən
55
3
far.az

10Mənbələr