AZ

Pərviz Şahbazovun Goranboyda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib

ain.az bildirir, Sia Az portalına istinadən.

Energetika naziri Pərviz Şahbazovun aprelin 17-də Goranboyda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul aprelin 24-də saat 11:00-dan başlayaraq Goranboy rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ2200, Goranboy şəhəri, Dədə Qorqud küçəsi, bina 27) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs: Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: [email protected]), Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov, əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected]) və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
19
sia.az

10Mənbələr