Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Finlandiyanın xarici işlər naziri Elina Valtonen “Iltalehti” qəzetinə verdiyi açıqlamada Avropa Birliyi və Finlandiyanın ABŞ prezidenti Donald Trampın İrana qarşı aqressiv ritorikasına dözməyəcəyini bildirib.
Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.
Valtonenin sözlərinə görə, hazırda İran və ABŞ arasında sülhü qorumaq üçün yaxşı fürsət var, ona görə də Trampın aqressiv ritorikası hazırda qəbuledilməzdir.
“Biz heç bir halda bu cür bəyanatlara – əgər onlar özləri təhlükə təşkil edirsə – və ya daha da artığı, onların arxasında nəyin gizlənə biləcəyinə dözə bilmərik”, – deyə o əlavə edib.
Orxan
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.