AZ

Napoli kolumbiyalı yarımmüdafiəçi üçün hərəkətə keçib

sport24.az saytına istinadən ain.az xəbər verir.

"Napoli" "Benfika"nın yarımmüdafiəçisi Riçard Riosun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Napoli"nin idman direktoru Covanni Manna yarımmüdafiənin keçidi üzərində işə başlayıb və kolumbiyalı klubun əsas hədəfidir.

Rios ötən ilin iyul ayında "Palmeiras"dan 27 milyon avroya "Benfika"ya keçib.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümdə "qartallar"ın heyətində bütün yarışlarda 40 oyunda iştirak edib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Rios həmçinin Kolumbiya millisinin əsas üzvüdür. O, yığma ilə 2024-cü ildə Amerika Kubokunun gümüş medalını qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
sport24.az

1Mənbələr