AZ

Abituriyentlərə ŞAD XƏBƏR: Ballar enə bilər

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu il ali təhsil müəssələrinə qəbul imtahanında keçid ballarının enəcəyi gözlənilir. Buraxılış imtahanında şagirdlərin göstərdiyi nəticəyə əsasən, ekspertlər bu fikirdədir. 

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı danışan təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə, 3-cü və 4-cü qruplarında keçirilən imtahanlarda riyaziyyat fənninin çətin olması ilə keçid ballarının enməsi gözlənilir:

"Əgər qəbul imtahanın da sualları çətin olarsa, balların aşağı düşməsi qaçılmazdır. Əksinə suallar asan tərtib edilərsə, ballar qalxacaq. Əlbəttə ki, bunu indidən demək çətindir. Çünki blok imtahanlarının birinci və ikinci cəhdi olacaq. Suallar keçən ilki imtahanla eyni səviyyədə olarsa, balların düşməsi gözləniləndir". 

Ekspert qeyd edir ki, ballarda ciddi şəkildə enmə olarsa, müsabiqə şərtinin də gərgin keçməsi gözlənilir. Müsabiqədən keçən abituriyentlərin sayı dəqiq bilinmədiyi üçün dəqiq nəsə demək çətindir. (Milli.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
8
bakivaxti.az

9Mənbələr