AZ

Şimali Koreyanın ballistik raketi sınaqdan keçirdiyi təsdiqlənib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 9 aprel, AZƏRTAC

Şimali Koreya bu həftə bir neçə silah sistemini, o cümlədən kaset bombalı döyüş başlığına malik taktiki ballistik raketi sınaqdan keçirdiyini bildirib.

AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, sınaqlar çərçivəsində elektromaqnit sistemi və digər yeni silah vasitələri də yoxlanılıb. Məlumata görə, “Hwasongpho-11 Ka” tipli raketin geniş ərazidə hədəfləri məhv etmək qabiliyyəti təsdiqlənib. Sınaqların bir neçə gün davam etdiyi və hərbi rəhbərlik tərəfindən idarə olunduğu qeyd olunub. Eyni zamanda, Cənubi Koreya və Yaponiya mənbələri Şimali Koreyanın qısamənzilli raketləri Yapon dənizi istiqamətində buraxdığını bildirib. Raketlərdən birinin 700 kilometrdən çox məsafə qət etdiyi qeyd olunub.

Məlumatda Şimali Koreyanın kaset sursatlarının istifadəsini qadağan edən beynəlxalq konvensiyaya qoşulmadığı da qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
azertag.az

3Mənbələr