Hazırda I Iiqada çıxış edən və Premyer Liqa şansını saxlayan komandalardan biri də "Baku Sportinq"di.

Rekord.az xəbər verir ki,  hazıtfa 2-ci pillədə qərarlaşan paytaxt təmsilçisi ən azı bu mövqeyini qoruyub-saxlasa, Premyer Liqasnın 11-cisi ilə pley-off oynayacaq.

Bir oyundan ibarət olacaq pley-offu da keçsə, elitada oynamaq şansı qazanacaq. Belə olarsa, komanda ev oyunlarını hansı stadionda keçirəcək? Bu sualın da cavabı maraqlıdır.  Çünki Premyer Liqa şansı olan klublar indidən lisenziyalaşdırmanın tələblərini yerinə yetirməlidir. Əldə etdiyimiz məluata görə, "Baku Sportinq" AFFA-ya hazırda ev oyunlarını keçirdiyi Buzovna stadionunu təqdim edib. Komanda elitaya vəsiqə qazansa, bu stadiona əl gəzdiriləcək və elita standartlarına çatdırılacaq.