Bakı. Trend:
Azərbaycan və Litva arasında investisiya əməkdaşlığınıngenişləndirilməsi üçün aydın potensial mövcuddur, belə ki, mövcudhəcmlər iki ölkə iqtisadiyyatlarının real imkanlarındanaşağıdır.
Bunu Trend-əözəl müsahibəsində Bakı səfəri çərçivəsində LitvanınBaş naziri İnqa Ruqinene bildirib.
“Litva İKT, rəqəmsal idarəetmə, kibertəhlükəsizlik, qidasənayesi, “yaşıl” həllər, turizm və nəqliyyatla bağlı xidmətlərkimi sahələrdə öz səriştələrini təklif edə və azərbaycanlıtərəfdaşların marağını cəlb edə biləcəyi praktik sektorlardamaraqlıdır. Litva şirkətləri rəqəmsallaşma,səmərəli dövlətxidmətləri, günəş texnologiyaları, su resurslarının idarə olunması,mühəndis həlləri, eləcə də yüksək keyfiyyətli qida məhsullarının, ocümlədən süd və digər kənd təsərrüfatı məhsullarının istehsalısahəsində böyük təcrübəyə malikdir. Bunlar müasir infrastruktur vədayanıqlı həllərin tələb olunduğu bərpa və inkişaf layihələri daxilolmaqla kommersiya tərəfdaşlığı üçün imkanların yarana biləcəyisahələrdir.
Ruqinenenin sözlərinə görə, Litva eyni zamanda ölkənin stratejiçıxış və sabit biznes mühiti təklif edə bildiyi sahələrə – ilknövbədə logistika, nəqliyyat, sənaye istehsalı, turizm və bəziinnovativ sahələrə Azərbaycan investisiyalarının artmasınıalqışlayardı.
"Litva Aİ bazarına praktiki giriş nöqtəsi kimi çıxış edə bilər.Bizim marağımız yalnız ticarət göstəricilərinin artımında deyil,həm də daha şaxələndirilmiş, dayanıqlı və geosiyasi sarsıntılaradaha az həssas olan ikitərəfli iqtisadi əlaqələrinformalaşdırılmasındadır. Eyni zamanda Litva, ölkənin strateji çıxışvə sabit biznes mühiti təklif edə bildiyi sahələrə – ilk növbədəlogistika, nəqliyyat, sənaye istehsalatı, turizm və bəzi innovativsahələrə Azərbaycan investisiyalarının artmasını alqışlayardı.Litva Aİ bazarına praktiki giriş nöqtəsi kimi çıxış edə bilər.Bizim marağımız yalnız ticarət göstəricilərinin artımında deyil,həm də daha şaxələndirilmiş, dayanıqlı və geosiyasi sarsıntılaradaha az həssas olan ikitərəfli iqtisadi əlaqələrinformalaşdırılmasındadır."