AZ

Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti olacaq! - gələcək rəhbər təsdiqlədi

ATV-də yayınlanan “Futbolumuz” verilişinin daimi qonağı Emin Abbasov “Araz-Naxçıvan”da rəhbər dəyişikliyi olacağını, Ceyhun Sultanovun klub prezidenti vəzifəsini tutacağını demişdi.

Sultanov ötən mövsümdən qeyri-rəsmi şəkildə “Araz-Naxçıvan”da çalışır. Deyilənlərin nə dərəcədə doğru olub-olmadığını elə Ceyhun bəyin özündən öyrənə bilərdik. Gələcək rəhbər bu barədə “Football-plus.az”a açıqlama verdi:

“Belə bir şey var. Sənədləşmə prosesi tam hazır olandan sonra açıqlanacaq”.

Sultanovdan mövsümün sonuna qədər təyinatın dəqiqləşib-dəqiqləşməyəcəyini də soruşduq:

“Bunu artıq mən bilmirəm”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
14
football-plus.az

1Mənbələr