AZ

“Erməniyə sual verdim ki, sarı gəlin sizin dildə nə deməkdir, o dəqiqə səsini kəsdi” - Akif İslamzadə illər əvvəlki mübahisəsindən danışdı - FOTO+ÖZƏL

Ermənilər bu dəfə “Girdim yarın bağçasına” xalq mahnısına göz dikiblər. Bu əlbəttə ki, ilk fakt deyil. Bundan əvvəl də bir neçə xalq və bəstəkar mahnımızı mənimsəyiblər. Mahnı görkəmli sənətkar Akif İslamzadənin ifasında daha çox sevilib.
 
Moderator.az-a açıqlama verən müğənni məsələnin başqa bir tərəfini izah edib:
 
“Bir neçə dəfə mənə bu mövzu ilə bağlı zənglər olub. Birincisi ermənilər yox, hayklar.. Ermənilər başqadır, hayklar başqadır. Qafqaz istila olunanda çar Rusiyası erməni tatlarını İrandan götürüb, hayk tayfalarını ora köçürüblər. Erməni kilsələri də katolik kilsələrinin tərkibində idi. Katoliklərlə də pravoslavlar bu gün də yola getmirlər. Siz bu məsələni qaldırın. Mahnını oxuyub oxuyublar da. Bu xalq mahnısıdır. Necə qorunsun? Müəllifi xalqdır. Bu mahnını təkcə mən yox, məndən əvvəl də çox sənətkarlar ifa edib. Hayklar hər zaman mahnılarımıza göz dikiblər. “Girdim yarın bağçasına” türkün ortaq malıdır. Mən bu mahnını başqa ölkələrdə də eşitmişdim”.
Akif İslamzadə daha sonra illər əvvəl erməni musiqiçi ilə mübahisəsindən də danışıb:
 
“Moskvada səfərdə idik. Bütün respublikalardan nümayəndələr var idi. Sovet vaxtından söhbət gedir. Hər respublikadan bir bəstəkar, bir müğənni dəvət etmişdilər ki, plastinka buraxsınlar. Bir erməni musiqiçi var idi orada. Gördü ki, mən “Sarı gəlin”-i oxuyuram. Götürüb o da canlı olaraq “Sarı gəlin”-in musiqisini ifa etdi. Dedi ki, bu bizim mahnıdır. Özü də xalq mahnısıdır. Erməniyə dedim ki, əgər bu mahnı sizindirsə bir sual verim. Sual verdim ki, erməni dilində sarı gəlin nə deməkdir? Xırp kəsdilər”, - deyə sənətkar bildirib.
Seçilən
11
1
moderator.az

2Mənbələr