AZ

Gənc tələbənin motivasiya kitabı təqdim olundu

Gənclər arasında əzmkarlıq nümunəsi sayılan tələbə, 2-ci kurs tələbəsi Nurməhəmməd İsmayıllının müəllifi olduğu “Sınmayan iradə: Üfüqdə parlayan işıq” kitabının təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Marketinq” ixtisası üzrə təhsil alan gənc yazarın kitabı ilk dəfə məhz öz universitetində oxuculara təqdim olunub.

Qeyd edək ki, fiziki çətinliklərə baxmayaraq güclü iradəsi ilə seçilən müəllif indiyədək bir sıra uğurlara imza atıb. Kitab da onun real həyat təcrübəsinə əsaslanan motivasiya xarakterli əsərdir. Burada fiziki və mənəvi çətinliklərə qarşı mübarizə, ümidsizliyə qapılmadan məqsədə doğru irəliləmək və insanın daxili gücünü kəşf etməsi kimi mövzular yer alır.

Müəllif öz nümunəsində göstərir ki, heç bir maneə insanın arzularına çatmasına əngəl ola bilməz.

Seçilən
45
publika.az

1Mənbələr