AZ

Birləşmiş Krallıq Livanın atəşkəsə daxil edilməsinidəstəkləyir

Birləşmiş Krallıq Livanın İranla əldə edilən atəşkəs sazişinə daxil edilməsini dəstəkləyir.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper "Sky News" telekanalına bildirib.

"Dünən İsrailin Livanda şahidi olduğumuz hücumların artmasından dərin narahatlığımı bildirirəm. Biz humanitar nəticələrin, Livanda insanların kütləvi şəkildə didərgin düşməsinin şahidi oluruq. Buna görə də atəşkəsin Livana da uzadılmasını qətiyyətlə dəstəkləyirik", – deyə o bildirib.

Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin İrana qarşı hazırda qüvvədə olan atəşkəs rejiminin saxlanılmasının və Hörmüz boğazının açılmasının tərəfdarı olduğunu əlavə edib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
5
redaktor.az

1Mənbələr