AZ

“İran Hörmüz boğazından keçən gəmilərin sayını məhdudlaşdırmaq istəyir” Xarici KİV

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İran Hörmüz boğazından gündə təxminən 10 gəminin keçməsinə icazə vermək niyyətindədir. 

Bu barədə “The Wall Street Journal” nəşri məlumar yayıb.

Məlumata görə, müharibədən əvvəl boğazdan gündə 100-dən çox gəmi keçirdi. Hazırda Tehran bu şərti vasitəçilərə çatdırıb və regionda ilişib qalmış gəmilərin keçməsi üçün ondan əvvəlcədən icazə alınmasını tələb edir.

Bildirilib ki, atəşkəsdən sonra boğazdan yalnız dörd gəmi keçib ki, bu da aprel ayının ən az keçidi hesab olunur.

Hörmüz boğazında keçid gözləyən gəmilər arasında 425 neft və neft məhsulları daşıyan tanker və təxminən 20 mayeləşdirilmiş təbii qaz (LNG) gəmisi var.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
azpolitika.info

1Mənbələr