AZ

Okan Burukdan Osimhenlə bağlı vacib açıqlama Fənərbağça ilə oyunda...

ain.az, Fanat portalına istinadən məlumat yayır.

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Viktor Osimhenin yenidən meydana qayıtması ilə bağlı açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, O, "Liverpul"la ÇL matçında zədələnən və daha sonra əməliyyat olunan Osimhen haqda danışıb.

Nigeriyalı futbolçunun bir ay yaşıl meydanlardan kənarda qalacağı məlum olsa da və onu "Fənərbağça" derbisinə hazırlamaq üçün səylər göstərilsə də, Okan Buruk azarkeşlərin "ürəyinə su səpib".

"Sport Arena" çalışdırıcının dedikıərini belə çatdırıb:

"Şərait imkan verərsə, Viktor Osimhen "Gənclərbirliyi" ilə oyunda heyətdə ola bilər. Ondan "Fənərbağça" ilə oyunda da istifadə edə bilərik. Görək işlər necə gedəcək.

"Qalatasaray" 18 aprel şənbə günü səfərdə "Gənclerbirliyi" ilə qarşılaşacaq. 22 apreldə isə tərəflər Türkiyə Kubokunun dörddəbir finalında yenidən üz-üzə gələcəklər. "Fənərbağça" ilə çempionat oyunu isə 26 apreldə baş tutacaq.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
fanat.az

2Mənbələr