AZ

Livanın məhv edilməsi Hizbullah ı gücləndirəcək Fransa XİN

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Fransa İsrailin Livan ərazisindəki hərbi əməliyyatlarını dəstəkləmir və ABŞ ilə İran arasında əldə edilən atəşkəsin Livana da şamil olunmalı olduğuna inanır.

Redaktor.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "France Inter" radiosunda bildirib.

"Livan ABŞ və İran arasında əldə edilən atəşkəsdən qıcıqlanan bir hökumətin qurbanı olmamalıdır. Livanın məhv edilməsi, Livan dövlətinin məhv edilməsi "Hizbullah"ı məhv etməyəcək, əksinə, onu gücləndirəcək. Buna görə də, Livan mütləq bu atəşkəsə, danışıqların başlamasına imkan verən bu müvəqqəti, kövrək atəşkəsə daxil edilməlidir", – nazir vurğulayıb.

Jan-Noel Barro İsrail ilə münasibətlərin gərginləşməsinə görə "Hizbullah"ı günahlandırıb, eyni zamanda 8 apreldə İsrailin Livana qarşı "qəbuledilməz" hücumlarını pisləyib və nəticədə 250-dən çox insan həlak olub.

Nazir əlavə edib ki, "bu hücumlar xüsusilə ABŞ və İran arasında əldə edilən müvəqqəti atəşkəsi təhlükə altına aldığı üçün qəbuledilməzdir".

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
3
redaktor.az

2Mənbələr