AZ

NATO Hörmüz boğazını necə qoruyacaq? ABŞ dan tələb

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ NATO müttəfiqlərindən Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün konkret planlar tələb edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi alyans mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton NATO müttəfiqlərindən yaxın günlərdə Hörmüz boğazında təhlükəsizliyi necə təmin edəcəkləri barədə konkret öhdəliklərini təqdim etmələrini xahiş edib.

Agentlik yazır ki, atəşkəs elan edildikdən sonra belə, İran və İsrail hücumlara davam edib və Hörmüz boğazı "faktiki olaraq bağlı qalır". Bu isə ABŞ müttəfiqlərinin tələb olunan planları vaxtında təqdim edib-etməyəcəyi ilə bağlı suallar doğurur.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
2
redaktor.az

3Mənbələr