AZ

Dişdəki plombu tez zamanda məhv edən məhsullar açıqlanıb

Plombları tez bir zamanda məhv edən məhsulların adları açıqlanıb.

E-saglam.az xəbər verir ki, stomatoloq Nazir Maqomedov, müxtəlif məşhur qidaların diş plomblarını zədələdiyini və onların vaxtından əvvəl pozulmasına səbəb ola biləcəyini bildirib.

Maqomedov, xüsusən də qabıqlı toffilər və günəbaxan toxumlarının plomblara ciddi zərər verə biləcəyini vurğulayıb. O, bərk qidaların - qoz-fındıq, qabığı təmizlənməmiş toxumlar, krekerlər və karamelin həddindən artıq istehlakının dolgumaya ziyan vurduğunu qeyd edib. Bu cür qidalar dolğunu həddindən artıq yükləyir, nəticədə mikro çatlar yaranır və zamanla plombun qırılmasına və ya tamamilə itməsinə səbəb ola bilər.

Maqomedov həmçinin yapışqan qidaların - kofeli, çeynənən konfetlər və çeynənən şirniyyatların da dişlərə zərərli olduğunu bildirib. Bu məhsullar, xüsusən də yeni və ya böyük plomblar olduqda, dolğunu sanki dartaraq dişdən yer dəyişdirməyə və ya plombun dişə yapışmasını itirməsinə səbəb ola bilər.

Digər təhlükəli məhsullar arasında qazlı içkilər, şirələr, turşular və sirkə də qeyd olunub. Bu yüksək turşulu qidalar diş minasına və plomb materialına zərər verə bilər. Turşu mühiti plombun möhkəmliyini azaldaraq, onun dişə yapışma qabiliyyətini poza bilər.

Maqomedov əlavə edib ki, şəkərlə zəngin qidalar da dişlər üçün zərərli ola bilər. Şəkər, plombu birbaşa məhv etməsə də, dişlərdə ikincili kariyesin inkişafına şərait yaradır ki, bu da plombun itirilməsinə və dəyişdirilməsinin zəruriliyinə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
15
e-saglam.az

1Mənbələr