AZ

Moldova və İrlandiya sürücülük vəsiqələrinin qarşılıqlı tanınması barədə razılığa gəlib

Bakı, 9 aprel, AZƏRTAC

Moldova və İrlandiya sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsi haqqında saziş imzalayıb.

AZƏRTAC Moldpress informasiya agentliyinə istinadla xəbər verir ki, sənəd Moldova Prezidenti Maya Sandunun Dublinə səfəri zamanı imzalanıb. Razılaşmaya əsasən, hər iki ölkənin vətəndaşları yaşadıqları ölkədə əlavə imtahan vermədən sürücülük vəsiqələrini dəyişə biləcəklər.

Bildirilib ki, bu addım vətəndaşların hərəkət imkanlarını genişləndirmək, prosedurları sadələşdirmək və iki ölkə arasında əməkdaşlığı gücləndirmək üçün nəzərdə tutulub.

 

Seçilən
17
1
azertag.az

2Mənbələr