"Barselona"Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda öz meydanında "Atletiko"nu qəbul edib və 0:2 hesabı ilə məğlub olub.
Publika.az xəbər verir ki, bu nəticə Kataloniya klubu üçün "Kamp Nou"da Madrid təmsilçisinə qarşı son 20 ildə ilk məğlubiyyət olub.
Əvvəlki belə nəticə 5 fevral 2006-cı ildə qeydə alınıb - 1:3. O vaxtdan sonra "Barsa" evdə "matrasçılar"a qarşı yalnız bir dəfə - 12 dekabr 2024-cü ildə uduzub. Lakin həmin oyun yenidənqurma işləri səbəbinə görə "Kamp Nou"da keçirilməyib..
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone üçün də bu, "Kamp Nou"da "Barselona" üzərində ilk qələbə olub.