AZ

Qazaxıstan Senatı "yaşıl" enerji üzrə Azərbaycanla bağlanmış sazişi ratifikasiya edib

Astana. Trend:

Qazaxıstan Senatı Azərbaycan və Özbəkistanla “yaşıl” enerjininistehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqındasazişi ratifikasiya edib.

Trend bu barədəSenata istinadən xəbər verir.

Sənəd dayanıqlı enerji əməkdaşlığının inkişafına və “yaşıl”elektrik enerjisinin, o cümlədən Avropa bazarları istiqamətindəixrac marşrutlarının yaradılmasına yönəlib.

Saziş birgə enerji layihələrinin həyata keçirilməsini, üçölkənin enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsini,həmçinin Xəzər dənizinin dibi ilə sualtı kabelin çəkilməsininəzərdə tutur.

Saziş çərçivəsində elektrik enerjisinin tədarük marşrutuformalaşdırılır və bu marşrut Qara dəniz enerji dəhlizi iləinteqrasiya olunur.

Bundan əlavə, Senat MDB ölkələri arasında radiasiya vəziyyətininmonitorinqi məlumatlarının mübadiləsi haqqında sazişi dəratifikasiya edib. Sənəd regional təhlükəsizlik səviyyəsininartırılması məqsədilə əlaqələndirmə və operativ məlumat mübadiləsisisteminin yaradılmasına yönəlib.

Xatırladaq ki, Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında“yaşıl” enerjinin istehsalı və ötürülməsi sahəsində stratejitərəfdaşlıq haqqında saziş 2024-cü ilin noyabrında COP29 Dünyaİqlim Sammiti çərçivəsində imzalanıb.

Seçilən
4
az.trend.az

1Mənbələr