Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlarla bağlı son vəziyyət açıqlanıb.
TƏBİB-dən Far.Az-ə verilən məlumata görə, zəhərlənənlərdən iki nəfər müalicədən sonra evə buraxılıb. Onların vəziyyəti qənaətbəxş hesab edilib və ambulator müalicə tövsiyə olunub.
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında isə daha iki uşağın müalicəsi davam etdirilir. Həkimlər onların vəziyyətini orta ağır kimi qiymətləndirir.
Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicə alan və meninqoensefalit diaqnozu qoyulan bir uşağın vəziyyəti isə ağır, lakin stabil olaraq qalır.