AZ

Ağdaş və Qax məktəbliləri erkən nikahın zərərli təsirləri barədə məlumatlandırılıblar

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 9 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Ağdaş şəhər Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbdə və Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə görüşlər təşkil olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, erkən nikaha qarşı mübarizə mövzusuna həsr edilən tədbirlərdə şagirdlər, müəllimlər və QHT nümayəndələri iştirak ediblər.

Görüşlər zamanı iştirakçılara Sosial Xidmətlər Agentliyinin fəaliyyət sahələri barədə ətraflı məlumat verilib, Agentlik tərəfindən həyata keçirilən “Təhsildə sosial iş” xidmətinin mahiyyəti izah olunub.

Çıxışlarda, həmçinin erkən nikahın fəsadları, həmin halların qarşısının alınması yolları və maarifləndirmənin əhəmiyyətindən danışılıb.

Qeyd edək ki, “Təhsildə sosial iş” xidməti çərçivəsində təhsil ocaqlarında mütəmadi olaraq tədbirlər təşkil edilir, iştirakçılar ictimai əhəmiyyətli mövzularda məlumatlandırılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
azertag.az

1Mənbələr