AZ

“BAE Systems” ABŞ Ordusu üçün M776 topları istehsal edəcək

“BAE Systems” şirkəti ABŞ Ordusunun 155 mm-lik M777 haubitsaları üçün nəzərdə tutulan M776 toplarının istehsalına başlamaq məqsədilə 146 milyon dollar dəyərində müqavilə qazanıb.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, bu müqavilə ABŞ Ordusunun güclü artilleriya imkanlarına olan tələbatını dəstəkləyir.

Saziş, eyni zamanda hərbçilərin döyüş hazırlığının artırılmasına və Amerikanın müdafiə sənayesi bazasının dayanıqlığının gücləndirilməsinə töhfə verəcək.

Qeyd edək ki, M776 topu bu gün dünya üzrə kritik əməliyyatlarda istifadə olunan M777 sisteminin əsas silahıdır.

Seçilən
17
poliqon.az

1Mənbələr