AZ

Motosiklet sürücülərinin törətdiyi qəzaların görüntüləri ANBAAN VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son günlər qəzaların artması motosiklet və moped sürücülərinin nəqliyyat vasitələrini daha diqqətli idarə etmələrinin vacibliyini göstərir. Təkcə ötən gün baş verən 5 qəzadan 3-ü iki təkərli nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sosial şəbəkə hesabında görüntüləri paylaşaraq sürücülərə müraciət edib. O qeyd edib ki, sürətin yol və hava şəraitinə uyğun seçilməsi, manevr zamanı ehtiyatlı davranılması və qoruyucu vasitələrdən, xüsusilə də kaska, əlcək və qoruyucu geyimlərdən istifadə həyati əhəmiyyət daşıyır.

Rövşən Tağıyev həmçinin bildirib ki, iki təkərli nəqliyyat vasitələri daha çevik olsa da, ən kiçik səhv belə ciddi qəzaya səbəb ola bilər və bu baxımdan məsuliyyətli yanaşma daha az təhlükə deməkdir. Sürücülərdən yol hərəkəti qaydalarına ciddi riayət etmələri, eyni zamanda piyadaların və digər avtomobil sürücülərinin təhlükəsizliyini nəzərə almaları xahiş olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
avtosfer.az

1Mənbələr