AZ

KİV: İsrailin Livana zərbələri ABŞ və İran arasındakı atəşkəsi poza bilər

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrailin Livana hücumları ABŞ və İran arasında atəşkəsi pozmaq məqsədi daşıya bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Politico" Avropa İttifaqı (Aİ) rəsmisinin sözlərinə istinadən məlumat yayıb. Livana hücumları şərh edən digər bir Aİ rəsmisi bu vəziyyətin gözlənilən olduğunu bildirib. Onlar bildiriblər ki, Brüssel beynəlxalq tərəfdaşlarla birlikdə Livan məsələsində daha fəal mövqe sərgiləməli və danışıqların bərpasına nail olmalıdır.

"Görünür, Livana kifayət qədər diqqət yetirilmir, bu məsələdə müəyyən bir laqeydlik var", - deyə "Politico" rəsmilərin sözlərindən sitat gətirib.

Xatırladaq ki, aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Onun sözlərinə görə, tərəflər mübahisəli məsələlərin böyük əksəriyyətini həll ediblər və Vaşinqton Tehranın 10 bəndlik təklifini gələcək danışıqlar üçün "işçi əsas" kimi qəbul edir. Tərəflər arasında vasitəçi qismində çıxış edən Pakistanın Baş naziri Şahbaz Şərif onları aprelin 10-da danışıqlara dəvət edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
oxu.az

2Mənbələr