Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyalı həmkarı Vladimir Putin ilə görüş üçün mümkün yerləri təklif edib.
Redaktor.az xəbər verir ki, dövlət başçısı bu barədə İtaliya televiziyası "RAI"ya verdiyi müsahibədə bildirib.
"Mən Putinə görüşməyə hazıram. Təbii ki, Moskva və ya Kiyevdə deyil. Amma o mənimlə görüşməyə hazırdırsa, bunun üçün çoxlu yerlər var", - deyə Zelenski vurğulayıb.
Aytəkin TOFİQQIZI