AZ

İran nümayəndə heyəti danışıqlar üçün Pakistana səfər edəcək

İran nümayəndə heyəti danışıqlar üçün Pakistana səfər edəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Muqadam bildirib.

Çərşənbə axşamı elan edilən ikihəftəlik atəşkəsdən sonra İslamabad ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlara ev sahibliyi edəcək. İranın İslamabaddakı səfiri cümə axşamı bildirib ki, İsrailin yeni atəşkəs rejimini dəfələrlə pozmasına şübhə ilə yanaşsa da, yüksəksəviyyəli İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistanın paytaxtı İslamabada gələcək.

İran səfiri “X” sosial media platformasında bildirib: “Baş nazir Şahbaz Şərifin dəvəti ilə İran nümayəndə heyəti İranın təklif etdiyi 10 bənd əsasında ciddi danışıqlar aparmaq üçün bu gecə İslamabada gələcək”.

Danışıqlarda Vaşinqtonu ABŞ vitse-prezident Cey. Di. Vens, ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner təmsil edəcək.

Media bildirir ki, danışıqların formatı hələlik məlum deyil. 

Rəsmi açıqlamalara görə, İslamabadda danışıqların cümə günü keçirilməsi planlaşdırılır.

Seçilən
6
1
xezerxeber.az

3Mənbələr