AZ

Kadırov İrana dəstək verməyəcəyini açıqladı Səbəbi

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ramzan Kadırov İrana hərbi yardım göstərməkdən imtina edib və bu qərarını açıqlayıb.

BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, Çeçenistan rəhbəri bu barədə Telegram kanalında yayımladığı açıqlamada bildirib.

O, ABŞ və İsrail ilə münaqişə fonunda İrana hərbi dəstək verməyəcəyini bildirib.

Onun sözlərinə görə, əgər İran qonşu ərəb ölkələrində dinc əhaliyə zərbələr endirməsəydi, çeçen hərbçilərini ora göndərməyə hazır olardı.

"Onlar bizim qardaşlarımıza da hücum edirlər. Münaqişə nəticəsində üçüncü ölkələrin dinc sakinlərinin günahsız qurbanlara çevrilməsini izləmək mənim üçün çox xoşagəlməzdir", - deyə o vurğulayıb.

Kadırov əlavə edib ki, əgər İran qonşu ölkələrə hücum etməsəydi, ABŞ-nin hücumlarına qarşı müdafiə məqsədilə Çeçen bölmələrinin İrana göndərilməsi "mümkün ola bilərdi". Lakin hansı bölmələri göndərə biləcəyi və bunun Rusiya qanunvericiliyinə əsasən necə həyata keçirilə biləcəyi barədə detal açıqlamayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
1
baku.ws

2Mənbələr