AZ

Türkiyə parlamentinin sədri aralıq seçkiləri ilə bağlı açıqlama verdi

BAKI, 9 aprel. TELEQRAF

Türkiyə parlamentinin sədri Numan Kurtulmuş aralıq seçkilər ilə bağlı müzakirələrdən danışarkən, qərarverici orqanın parlament olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, Konstitusiyada nəzərdə tutulan şərtlər yaranacağı halda məsələnin parlament tərəfindən həll olunacağını qeyd edib.

“Aralıq seçkiləri ilə bağlı kimin hansı qaydalar çərçivəsində hərəkət edəcəyi Konstitusiyada təsbit olunub. Konstitusiyada şərtlər və millət vəkillərinin istefasına dair maddələr çox aydın şəkildə qeyd edilib. Konstitusiya və Daxili Nizamnamə əsasında səlahiyyət parlamentdədir. Konstitusiyada nəzərdə tutulan şərtlər yerinə yetirildikdə aralıq seçkilər keçirilə bilər, amma bununla bağlı qərarı parlament verəcək”, - Kurtulmuş vurğulayıb.

Seçilən
16
teleqraf.com

1Mənbələr