AZ

Ermənistan Baş naziri: Rusiyaya qarşı iş görməyəcəyik

BAKI, 9 aprel. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirdiyi son görüş və Ermənistan-Rusiya münasibətləri barədə fikirlərini bölüşüb.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

Baş nazir qeyd edib ki, Putinlə görüşdə verdiyi açıqlamalara əlavə edəcək bir şey yoxdur.

“Hazırda Ermənistan-Rusiya münasibətləri konstruktiv transformasiya mərhələsindədir, bu prosesi müsbət qiymətləndirirəm, dostca dialoq məntiqindən yayınmayacağıq”, - Paşinyan vurğulayıb.

Ermənistan rəhbəri əlavə edib: “Rusiyanın arxasında və ya Rusiyaya qarşı iş görməyəcəyik”.

Seçilən
5
1
teleqraf.com

2Mənbələr