AZ

İspaniya Tehrandakı səfirliyini yenidən açır

İspaniya İran və ABŞ arasında atəşkəsdən sonra Tehrandakı səfirliyini yenidən açır.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares açıqlama verib.Müharibə səbəbindən diplomatik heyətini İrandan geri çəkən ölkələr atəşkəsdən sonra diplomatik nümayəndəliklərini yenidən açmağa hazırlaşırlar:"Tehrandakı səfirimizə vəzifəsinə qayıtmağı və səfirliyimizi yenidən açmağı tapşırmışam. Bundan əlavə, biz bu sülh səylərində hər cür, o cümlədən İran paytaxtından iştirak edəcəyik",-Albares jurnalistlərə verdiyi açıqlamada deyib.

İlahə QənbərliMissiya.Az

Seçilən
23
missiya.az

1Mənbələr