AZ

Azərbaycan və Litva Baş nazirləri görüşüb, əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Baş nazir Əli Əsədov Litva Respublikasının Baş naziri İnqa Ruqinieneni ilə görüşüb, iki ölkə arasında əməkdaşlığını hər iki tərəf üçün fayda verəcək şəkildə genişləndirilməsi müzakirə olunub.

APA xəbər verir ki, bu barədə İnqa Ruqiniene X-da paylaşım edib.

“Azərbaycan və Litva arasında əməkdaşlığını hər iki tərəf üçün fayda verəcək şəkildə genişləndirmək üçün aydın potensial mövcuddur. Görüş zamanı iqtisadi əməkdaşlıq, enerji sahəsi və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı məsələlərinə xüsusi diqqət yetirdik. Eyni zamanda regional və qlobal proseslər ətrafında fikir mübadiləsi apardıq. Hibrid təhdidlərə qarşı da daxil olmaqla, təhlükəsizlik və dayanıqlılıq sahələrində tərəfdaşlığımızın gücləndirilməsinin vacibliyini vurğuladıq”, - deyə Litva Baş naziri vurğulayıb.

Seçilən
8
2
apa.az

2Mənbələr