AZ

Orta yaşda D vitamini səviyyəsi Altsheymer riskinə necə təsir edir?

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 aprel, AZƏRTAC

İrlandiyanın Qalvey Universitetində aparılan beynəlxalq araşdırma orta yaşlarda yüksək D vitamini səviyyəsi səbəbindən sonrakı illərdə Altsheymer xəstəliyi ilə bağlı göstəricilərin daha aşağı olduğunu aşkarlayıb.

AZƏRTAC “Neurology Open Access” jurnalına istinadla xəbər verir ki, tədqiqat çərçivəsində orta yaşı 39 olan və demans (beyin funksiyalarının azalması) əlamətləri müşahidə edilməyən 793 nəfərin qanında D vitamini səviyyəsi ölçülüb. Təxminən 16 il sonra iştirakçıların beyin müayinələri aparılaraq Altsheymer xəstəliyi ilə əlaqəli tau və amiloid-beta zülallarının səviyyələri təhlil edilib. Nəticələr göstərib ki, orta yaş dövründə daha yüksək D vitamini səviyyəsinə malik şəxslərdə illər sonra Altsheymer ilə bağlı biomarkerlər daha aşağı səviyyədə müşahidə oluna bilər.

Araşdırmanın müəlliflərindən Martin David Mulligan bildirib ki, yüksək D vitamini səviyyəsi beyində tau zülalının yığılmasına qarşı qoruyucu rol oynaya bilər.

Bununla yanaşı, tədqiqatçılar əldə olunan nəticələrin yalnız əlaqəni göstərdiyini və D vitamininin birbaşa olaraq tau səviyyəsini azaltdığını və ya demans riskini aşağı saldığını sübut etmədiyini vurğulayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
26
azertag.az

10Mənbələr