İran xarici işlər nazirinin müavini Səid Xətibzadə BBC-yə verdiyi müsahibədə ABŞ-nin Yaxın Şərqdə "müharibə və atəşkəs arasında seçim etməli" olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, diplomat İranın bu "aydın" mesajı bir gün əvvəl Vaşinqton administrasiyasına çatdırdığını açıqlayıb: "Onlar eyni anda hər ikisinə sahib ola bilməzlər".
Xətibzadə əlavə edib: "Atəşkəs istəyib sonra şərtləri, atəşkəsin tətbiq olunduğu əraziləri qəbul edib, orada Livanın adını çəkə və sonra müttəfiqiniz sadəcə qırğına başlaya bilməz".
Aminə ŞAHSUVARQIZI