AZ

Belə müyvələr orqanizm üçün zərərlidir Mütəxəssis

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“İndi satılan çiyələk və alça ya istixana şəraitində yetişdirilir, ya da cənub ölkələrindən idxal edilir. Bu meyvələrin təbiiliyi yox, daha çox yetişdirilmə zamanı istifadə olunan nitratlar və stimulyatorlar əsas risk faktorudur”.

Bunu 525.az-a qida təbliğatçısı Asim Vəliyev deyib. O bildirib ki, bu meyvələrin mövsümdən əvvəl rəflərdə olmasının bir neçə səbəbi var: 

“Ölkəmizin cənub zonalarında və Bakı ətrafı kəndlərdə qızdırılan istixanalarda yetişdirilirlər. Burada günəş işığı az olduğu üçün meyvə təbii şəkərini toplaya bilmir. Nəticədə dadı ot kimi olur. Meyvənin tez böyüməsi, eyni rəngdə qızarması üçün stimulyatorlarından istifadə edilə bilər. Bu bitkinin hüceyrələrini su ilə doldurur. Ona görə də aprel çiyələyi böyük, amma daxili boş və dadsız olur. Erkən məhsul almaq üçün torpağa normadan artıq azotlu gübrələr verilir. Günəş az olduqda bitki bu azotu emal edə bilmir və meyvədə nitrat şəklində yığılır”.

Sevinc Qarayeva 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
525.az

1Mənbələr