AZ

Yaşar Gülər: ABŞ İran atəşkəsi ciddi şəkildə qorunmalıdır

ain.az, Xalqcebhesi saytına istinadən bildirir.

Türkiyə ABŞ və İran arasındakı müvəqqəti atəşkəs razılaşmalarının ciddi şəkildə yerinə yetirilməsini zəruri hesab edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada keçirilən və NATO xətti ilə qarşılıqlı fəaliyyətə həsr olunmuş forumda bəyanat verib.

"Regionun daha böyük fəlakətlərlə üzləşməməsi üçün ABŞ və İran arasında elan edilmiş müvəqqəti atəşkəsi məmnuniyyətlə qarşılayıram. Ümid edirəm ki, bu mühüm addım sahədə lazımi səviyyədə qiymətləndiriləcək və davamlı sülh yolunda dəyərli bir başlanğıc olacaq. Əldə olunmuş razılaşmaların ciddi və tam şəkildə icrası mütləqdir", — deyə Gülər bildirib.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
icma.az

2Mənbələr