AZ

"Qırmızı vərəqə hər şeyi dəyişdi" - "Barselona"nın müdafiəçisi ümidini itirmir

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə öz meydanında "Atletiko Madrid"ə 0:2 hesabı ilə uduzan "Barselona"nın müdafiəçisi Xerard Martin yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Azlıqda qalmayana qədər oyuna pis nəzarət etmirdik. Qırmızı vərəqə (Pau Kubarsi 44-cü dəqiqədə qovulub - red.) hər şeyi dəyişdi. Qol fürsətlərimiz az olmasa da, rəqib qapısına yol tapa bilmədik. Rəqib daha az epizod yaxalasa da, onlardan daha dəqiq faydalandı. Oyun belə alındığı üçün məyusuq, amma bilirik ki, səfərdə vəziyyəti dəyişmək olar".

Xatırladaq ki, tərəflərin Madriddə baş tutacaq cavab qarşılaşması aprelin 14-də keçiriləcək.

Toğrul

Seçilən
0
1
fanat.az

2Mənbələr