AZ

Prezident Litvanın Baş nazirini qəbul edib

Prezident Litvanın Baş nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Litvanın Baş naziri İnqa Ruqinieneni qəbul edib.

AFN.az xəbər verir ki, dövlət başçısı Litvanın Baş nazirinin ölkəmizə səfərinin səmərəli olacağına və ikitərəfli əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirib.

Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən İnqa Ruqiniene Azərbaycanla Litva arasında uzun illərdir yaxşı münasibətlərin olduğunu məmnunluqla vurğulayıb. Söhbət zamanı iqtisadi-ticari, enerji, investisiya, təhsil və kənd təsərrüfatı sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Litvanın Baş naziri Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması münasibətilə dövlət başçısını təbrik edib. O, azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa işlərini və məcburi köçkünlərin geri qaytarılmasını yüksək qiymətləndirib.

Prezident İlham Əliyev regionda sülhün və ticarət münasibətlərinin qurulmasının təşəbbüskarının məhz Azərbaycan olduğunu vurğulayıb. Dövlət başçısı bildirib ki, artıq 30 minə yaxın keçmiş məcburi köçkünün doğma yurduna qayıdışı təmin olunub. Bununla belə, Prezident mina probleminin bərpa prosesini ləngitdiyini diqqətə çatdırıb: "Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə indiyədək 400-dən çox insan mina partlayışlarının qurbanı olub".

Görüşdə həmçinin Litvanın Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına verdiyi daimi dəstək vurğulanıb, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
34
afn.az

1Mənbələr