AZ

Apreldə satılan çiyələyin gətirdiyi PROBLEM

Hər il yaz mövsümü gəldikcə bazar və marketlərdə təzə məhsulların bolluğu müşahidə olunur. 

Bu dövrdə xüsusilə mövsümə uyğun meyvə-tərəvəzlərin satışa çıxarılması gözlənilsə də, artıq uzun illərdir ki, bu ənənə müəyyən qədər dəyişib. Belə ki, piştaxtalarda yalnız yaz aylarına xas məhsullar deyil, eyni zamanda hələ mövsümü çatmamış meyvə və tərəvəzlər də geniş şəkildə təqdim olunur.


Bu gün istər bazarlarda, istərsə də iri supermarket şəbəkələrində çiyələk, qarpız, yemiş kimi məhsullara yazın ilk aylarından rast gəlmək mümkündür. Halbuki, təbii şəraitdə bu məhsulların yetişmə dövrü daha gec, əsasən yazın sonu və yay aylarına təsadüf edir. 

Məsələn, çiyələyin əsas mövsümü may və iyun ayları hesab olunur. Lakin texnologiyanın inkişafı, istixanaların geniş yayılması və idxal imkanlarının artması nəticəsində bu meyvələr artıq ilboyu satışa çıxarılır.

Bununla yanaşı, mövsümdənkənar məhsulların qiyməti də alıcılar üçün ciddi müzakirə mövzusudur. Adətən bu cür məhsullar daha baha qiymətə təklif olunur. Səyyar satışla məşğul olan bəzi satıcıların davranışı bəzən diqqət çəkəcək dərəcədə məqsədli təsir bağışlayır. Xüsusilə onların alıcı cəlb etmək üçün seçdikləri üsullar arasında uşaqlara yönəlmiş çağırışlar açıq şəkildə hiss olunur. 

Belə ki, satıcılar valideynin yanında uşaq olduğunu gördükdə məhsullarını daha yüksək səslə və israrla reklam etməyə başlayırlar. Məsələn, “çiyələk var, təzə çiyələk!” kimi səslərlə ətrafdakıların diqqətini çəkməyə çalışırlar. Bu vəziyyət təbii olaraq uşaqların diqqətindən yayınmır. Uşaq eşitdiyi anda həmin meyvəni istəməyə başlayır və valideyn üçün çətin seçim yaranır. 


Bir tərəfdən uşağın istəyini yerinə yetirməmək onun könlünü qırmaq kimi qəbul olunur, digər tərəfdən isə mövsümü olmayan məhsulu almaq valideyndə narahatlıq yaradır. Çünki mövsümü olmayan meyvələr sağlamlıq üçün təhlükəlidir...

Günel Cəlilova

Seçilən
12
1
hit.az

2Mənbələr