AZ

Həsrət Cəfərov: "Hər idmançının arzusu olimpiadada medal qazanmaqdır"

Hər idmançının arzusu olimpiadada medal qazanmaqdır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Milli Olimpiya Komitəsində medal təqdimatı mərasimində deyib.

O, Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı bürünc medalın qısa müddətdə korlandığını, problemin operativ həllinə görə təşəkkürünü bildirib:

"Bildiyiniz kimi, olimpiada idmanın zirvəsi olan bir yarışdır və hər bir idmançının xəyalı, arzusu orada medal qazanmaqdır. Biz də medal qazandıqdan sonra, qısa müddət ərzində mükafatımız korlandı. Bakıya qayıtdıqdan sonra Milli Olimpiya Komitəsinə bu barədə məlumat verdim. Çox sağ olsunlar ki, məsələyə ciddi yanaşdılar. Tez bir zamanda medalımızı geri göndərdilər və yenisi ilə əvəz olundu. Buna görə qurum rəhbərliyinə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan 7 idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedov (97 kq) istisna olmaqla, cüdo üzrə olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.

Seçilən
9
far.az

1Mənbələr