Milli.Az xəbər verir ki, bu barədə Oxu.az-a Könül Vəlibəylinin anası Mayquba Hümbətova məlumat verib.
O bildirib ki, hazırda Ləman Qulamova Türkiyədə müalicə alır:
"Nəvəmin vəziyyəti ağırdır. Bu gün yenidən əməliyyat olunacaq. Türkiyədə "Acıbadem" klinikasında müalicə alır. Yanğında tüstüdən zəhərlənən ərəfədə boğazında qida borusu deşilib, nəfəs borusunda problem var. Vəziyyətində irəliləyiş yoxdur. Beş aydır ağızdan qida qəbul etmir, yataqda yatır. Artıq bir aydır Türkiyədə xəstəxanaya yerləşdirmişik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31