AZ

Nəzakət Məmmədova: "İllər, qərinələr ötə­cək, onlar heç vaxt unu­dul­mayacaqlar"



"Hazırda sizinlə bu möhtəşəm zalda "44 gün – Tarixi zəfər" adlı çoxcildliyin IV cildinin təqdimatına toplaşmışıq. Bu cilddə Sumqayıt şəhəri və Abşeron rayonundan olan cəsur Vətən oğulları haqqında əlifba sırası ilə ensiklopedik məlumatlar yer alıb. RespublikaXatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya hazırda dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlə­rini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır. Xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları – öz canlarını Vətən üçün fə­da edən, şərəf tariximizi yazan şəhid oğullar daim yad­da­şı­mızda yaşayacaq, xa­tirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötə­cək, onlar heç vaxt unu­dul­mayacaqlar". Bu fikirləri Sumqayıt Dövlət Dram Teatrında keçirilən  "44 gün – Tarixi zəfər" adlı çoxcildliyin  IV cildinin təqdimatında Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re­dak­si­yasının baş redaktoru Nəzakət Məmmədova bildirib. N.Məmmədova vurğulayıb ki, sağlamlıqlarını itir­miş qazilərimiz də bizim fədailərimizidr, onların hü­nəri ilə bu gün ba­şımızın üstündə nikbin bir səma pərvaz edir. İradə SARIYEVA Sumqayıt
Seçilən
8
baki-xeber.com

1Mənbələr