AZ

Rutte: “ Tramp  İran müharibəsində müttəfiqlərin dəstəyindən məyusdur”

NATO-nun baş katibi Mark Rutte bildirib ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı mümkün müharibədə ABŞ müttəfiqlərinin iştirak etmək istəməməsindən narazıdır.

Vətəninfo.az xəbər verir ki, CNN telekanalına müsahibəsində Mark Rutte bildirib ki, aprelin 8-də qapalı qapılar arxasında keçirilən görüşdə müzakirələr çox səmimi və açıq şəraitdə aparılıb. Rutte əlavə edib ki, Tramp son həftələrdə baş verən proseslər barədə öz fikrini açıq şəkildə ifadə edib, ancaq detallara birbaşa toxunmayıb. Baş katibin sözlərinə görə, bu müzakirələr Vaşinqtonun NATO-dakı gələcək rolu və ittifaqın İranla bağlı mövqeyi ilə bağlı fikir mübadiləsini də əhatə edib.

Seçilən
3
veteninfo.az

1Mənbələr