AZ

Bəhreyn 40 gündən sonra hava məkanını uçuşlara açdı

Bəhreyn 40 gündən sonra hava məkanını uçuşlara açdı

Bəhreyn ABŞ və İran arasında əldə olunan, eyni zamanda İsraili də əhatə edən müvəqqəti atəşkəsdən sonra 40 gündür bağlı olan hava məkanını yenidən uçuşlara açdığını elan edib.

AFN.az xəbər verir ki, Bəhreynin rəsmi xəbər agentliyi BNA-da yer alan məlumata görə, Nəqliyyat və Telekommunikasiya Nazirliyi yanında Mülki Aviasiya İşləri İdarəsi müvəqqəti olaraq bağlanmış ölkə səmasının yenidən istifadəyə verildiyini bildirib.

Açıqlamada sözügedən qərarın regionda baş verən hadisələrlə əlaqədar tətbiq edilən ehtiyat tədbirlərinin sona çatması çərçivəsində qəbul edildiyi qeyd olunub. Hava hərəkətinin ən yüksək təhlükəsizlik və etibarlılıq standartlarına uyğun şəkildə davam etdiriləcəyi vurğulanan bəyanatda müvafiq qurumlarla koordinasiyanın sürdürüldüyü, uçuş təhlükəsizliyi və sərnişinlərin qorunmasının əsas prioritet olaraq qaldığı diqqətə çatdırılıb.

Xatırladaq ki, Bəhreyn ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hücumlardan sonra hava məkanını uçuşlar üçün bağladığını bəyan etmişdi.

Seçilən
25
afn.az

1Mənbələr