AZ

"Rusiyanın arxasından heç bir iş görmürük" - Paşinyan

"Ermənistan hakimiyyəti Rusiyanın arxasında və ya ona zidd olaraq heç bir iş görmür". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Hökumət iclasından sonra keçirilən brifinqdə Paşinyan Ermənistan-Qazaxıstan dəmir yolu şəbəkəsinin yeni güzəştli idarəetməyə verilməsi məsələsinin müzakirə olunub-olunmayacağı ilə bağlı suala da cavab verib:

"Qazaxıstan ötən ilin avqust ayından bəri "Tramp marşrutu"na maraq göstərdiyini açıq şəkildə bildirib. Lakin Qazaxıstan maraq göstərən yeganə ölkə deyil. Çoxlu sayda ölkə var. Və biz, o cümlədən Qazaxıstana təklif irəli sürməliyik. Bu ölkələr ixrac və idxal zəncirlərində, eləcə də təqdim etdikləri nəqliyyat xidmətlərində Ermənistandan keçən tranzit marşrutlarından istifadə etməyə hazır olmalıdırlar".

Seçilən
27
46
unikal.az

10Mənbələr