AZ

Tramp: NATO-ya ehtiyacımız olanda yanımızda deyildi

Tramp: NATO-ya ehtiyacımız olanda yanımızda deyildi

ABŞ və NATO arasında gərginliyin yaşandığı bir dövrdə kritik bir görüş baş tutub.

AFN.az xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Tramp ilə görüşüb.

Ağ Evdə mətbuata qapalı keçirilən görüşün əsas mövzuları ABŞ-NATO münasibətləri və ABŞ ilə İran arasındakı müvəqqəti atəşkəs razılaşması olub. Görüşdən sonra birgə bəyanat verilməsə də, NATO Baş katibi Rutte Amerika mediasına müsahibəsində Tramp ilə olduqca açıq və səmimi bir söhbət etdiklərini bildirib.

Rutte qeyd edib ki, Tramp NATO müttəfiqlərindən duyduğu məyusluğu dilə gətirib, özü isə cavabında əksər Avropa ölkələrinin ABŞ-ı dəstəklədiyini diqqətə çatdırıb. Rutte vurğulayıb ki, "Prezident Tramp müttəfiqlərin İran məsələsində kifayət qədər aktiv olmamasından narazıdır".

ABŞ Prezidenti Donald Tramp isə sosial media hesabında etdiyi paylaşımda NATO-ya ehtiyacları olduğu zaman alyansın onların yanında olmadığını və yenidən ehtiyac duyulacağı təqdirdə yenə yanlarında olmayacağını vurğulayıb. Tramp öz paylaşımında həmçinin NATO-nun Qrenlandiya məsələsində ABŞ-a dəstək verməməsini də sərt tənqid edib. O, Qrenlandiyanı "pis idarə olunan buz parçası" adlandıraraq, NATO-nun strateji məsələlərdə Amerikanın maraqlarını qorumadığını bildirib.

Seçilən
30
afn.az

1Mənbələr