Bakı. Trend:
Əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışınverilməsi mygov-a inteqrasiya edilir.
Trend-in əldəetdiyi məlumata görə, iyunun 4-nə qədər xidmətin Elektron Hökumətİnformasiya Sisteminə (bundan sonra - EHİS) inteqrasiyasının təminedilməsi nəzərdə tutulur.
İyunun 14-nə qədər xidmətin mövcüd iş axının təqdim edilməsi,iyunun 27-nə qədər isə xidmətin təkmilləşdirmələr nəzərə alınmaqlayeni iş axınının təqdim edilməsi və razılaşdırılmasıplanlaşdırılır.
Sentyabrın 20-dən isə xidmətin mygov platformasında istifadəyəverilməsi (istismar mühitində) nəzərdə tutulur.
Bununla bağlı işləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icra edəcək.
Xəbər yenilənəcək